Maradonanın oğlunun da halı pisləşdi

 04:44 26.11.2020     49

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın oğlu kiçik Dieqo koronavirusun səbəb olduğu fəsadlara görə reanimasiyaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Tankredi Palmeri “Twitter” hesabında yazıb.

“Təəssüf ki, sarı mətbuat nümayəndələrindən biri reaksiyasını öyrənmək üçün ona zəng edib və kiçik Dieqo məhz bu şəkildə atasını itirdiyini öyrənib”, - deyə T.Palmeri bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/337008.html