Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ilin sonuna qədər uzadılır

 07:25 26.11.2020     39

Almaniyada əvvəlcə noyabr ayının sonuna qədər qüvvədə olan qismən karantin rejimi uzadılır və məhdudiyyətləri ləğv etmək hələ tezdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu 16 federal əyalət başçıları ilə danışıqlardan sonra Almaniyanın kansleri Angela Merkel bildirib.

"28 oktyabrda qəbul edilən tədbirlərə dair qərar qüvvədə qalır. Hələlik 20 dekabr tarixinə qədər. Ancaq çox sayda infeksiya səbəbindən tədbirlərin yanvar ayının əvvəlinə qədər saxlanılması fikri ilə razıyıq", - kansler deyib.

Bildirilir ki, milad tətilləri üçün güzəştlər ehtimal edilir.

Hazırda ölkədə restoran, bar və digər qida müəssisələri bağlanıb, yemək və içkilərin yalnız çatdırılma ilə satılmasına icazə verilir. Fitness klubları, üzgüçülük hovuzları, gözəllik və masaj studiyaları, teatrlar, kinoteatrlar və konsert salonları fəaliyyətini dayandırıb. Belə rejim Almaniyada qismən karantin adlanır, çünki məktəblər və uşaq bağçaları, eləcə də ticarət mərkəzləri fəaliyyət göstərir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/900089.html