Braziliyada "Boeing 737-8 MAX" təyyarəsinin istifadəsi bərpa edilir

 07:35 26.11.2020     38

Braziliya Milli Mülki Aviasiya Agentliyi (ANAC) iki qəzadan sonra istifadəsi təxminən il yarım əvvəl dayandırılan "Boeing 737-8 MAX" modelinin uçuşlarını bərpa etməyə icazə verdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə aviatənzimləyicisinin məlumatında ​​deyilir.

""Agentlik ABŞ-ın Federal aviasiya idarəsinin təhlükəsizlik məsələsini həll etmək üçün lazım olan bütün texniki və tənzimləyici elementlərin tətbiq olunduğu qiymətləndirilməsi ilə razılaşdı və 20 Noyabrda verilən uçuşa uyğunluq direktivini qəbul etdi" - məlumatda deyilir.

Bildirilir ki, hazırda ölkənin yalnız "Gol" aviadaşıyıcısı bu təyyarələrdən istifadə edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/900090.html