Varşava və Budapeşt AB-yə qarşı: Veto qoydular

 08:30 27.11.2020     62

Polşa və Macarıstan ortaq bəyannamə qəbul edib.

Axar.az xəbər verir ki, Avropa Birliyinin 2 üzv ölkəsi qurumun 2021-2027-ci il büdcəsinə veto qoyduqlarını bəyan edib.

Macarıstan Baş naziri Viktor Orban polşalı həmkarı Mateuş Moravetski ilə Budapeştdə şam yeməyində görüşündə AB-nin hazırladığı büdcənin hər iki ölkənin maraqlarına uyğun olmadığını bildirib. Hər iki lider təklifi qəbul etməyəcəklərini vurğulayıb.

"Qanunun aliliyi və epidemiyanın yaratdığı böhranla barışmaq bizim üçün mümkün deyil. Siyasi məsələləri iqtisadi böhranla uzlaşdırmaq məsuliyyətli bir adddım deyil. Brüssel hər ikisini bir yerdə həll etmək istədi. Lakin bu gün qarşılaşdığımız vəziyyət AB-nin gələcəyini təhlükə altında qoyur. Macarıstan və Polşa bu gün hücum altındadır, digər AB ölkələri də sabah hücuma məruz qala bilər", - Orban qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/518842.html