Rusiyanın S-500 HHM sistemləri gələn il hazır olacaq

Yeni nəsil S-500 hava hücumundan müdafiə sistemləri 2021-ci ildə hazır olacaq.
Publika.az "İnterfaks"a istinadla xəbər verir ki, bunu Rusiya Aerokosmik Qüvvələrinin baş komandanının müavini general-leytenant Andrey Yudin deyib.
A.Yudin bildirib: "Qeyd etmək lazımdır ki,S-500 mobil hava və raket əleyhinə müdafiə sisteminin hazırlanmasının tamamlanması 2021-ci ilə planlaşdırılır".
Xatırladaq ki, daha əvvəl S-500 sisteminin elementlərinin hazır olduğu bildirilirdi.
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/mdb/337139.html