İtailyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb

 08:40 27.11.2020     49

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 29 003 yoluxma halı qeydə alınıb.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə. bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1,510 milyon nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 822 nəfər ölüb, ölənlərin ümumi sayı 52 850 nəfər təşkil edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/900360.html