Dünya Bankı Ukraynaya 100 milyon dollar ayıracaq

 08:43 27.11.2020     48

Dünya Bankı və Ukraynanın Səhiyyə Nazirliyi yeni növ koronavirusa qarşı (COVID-19) peyvəndlərin və xəstəxanalar üçün avadanlıqların alınması üçün 100 milyon dollar məbləğində birgə layihə hazırlayırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ukraynanın səhiyyə nazirinin müavini Svetlana Şatalova brifinqdə deyib.

S.Şatalova bildirib: "Səhiyyə Nazirliyi Dünya Bankı ilə birlikdə təxminən 100 milyon dollar dəyərində layihəyə başlayır. Biz bütün sənədlərin üzərində işləyirik. İlk növbədə, bu vəsaitlər COVID-19-a qarşı peyvəndlərin, habelə tibb müəssisələri üçün diaqnostika və laboratoriya avadanlıqlarının alınmasına sərf ediləcək".

Qeyd edək ki, ötən sutka Ukraynada koronavirusa rekord sayda - 15 331 yoluxma halı qeydə alınıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/900361.html