Britaniyada bir gündə koronavirusa 17 555 yoluxma qeydə alınıb

 09:00 27.11.2020     47

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 17 555 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 574 562 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan daha 498 nəfər ölüb, ölənlərin sayı 57 031 nəfər təşkil edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/religion/900366.html