Maradona dəfn olundu - FOTO

 10:22 27.11.2020     34

Futbol üzrə Argentina millisinin sabiq futbolçusu və məşqçisi Dieqo Maradona Buenos-Ayresdən 35 kilometr aralıqda yerləşən Bella-Vista adlı özəl qəbiristanlıqda dəfn olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mərasimi "Todo Noticias" telekanalı canlı yayımlayıb.

Dəfn mərasimi məhdud çevrədə keçirilib. Keçmiş futbolçunun atası Don Dieqo və anası Dalma Franko da bu qəbiristanlıqda uyuyurlar.

Qeyd edək ki, Maradona çərşənbə günü 60 yaşında dünyasını dəyişib. Argentina hökuməti onun ölümü ilə əlaqədar ölkədə üçgünlük matəm elan edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/900385.html