Nazir: Gələn ay korona əleyhinə peyvəndləmə başlayır

 19:31 27.11.2020     53

Rusların COVİD-19-a qarşı kütləvi peyvəndi yanvar-fevral aylarında başlayacaq, lakin risk qrupuna daxil olanlara dekabr ayından peyvənd vurula bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya səhiyyə naziri Mixail Muraşko deyib.

"Peyvəndləmə artıq başlayıb. Artıq davam edir. İndi istehsalın genişləndirilməsi sürətlə davam edir. Peyvəndləmə hər hansı bir tibbi yardım kimi yalnız xəstənin razılığı ilə həyata keçirilir. Könüllülük prinsipi məcburidir", - Muraşko söyləyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/519027.html