Əhməd Davudoğlu koronavirusa yoluxdu

 19:48 27.11.2020     35

Türkiyədə yeni yaradılmış Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun koronavirus testi pozitiv çıxıb.

Publika.az xəbər verir ki, o bu barədə “Twitter” hesabında məlumat verib.

"Bu gün COVID-19 testimin nəticəsi pozitiv çıxdı. Ümumilikdə vəziyyətim normaldır. Karantin müddəti ərzində partiya ilə bağlı fəaliyyətim evdən davam edəcək” - Davudoğlu qeyd edib.

Qeyd edək ki, A.Davudoğlu Türkiyənin xarici işlər naziri və baş naziri vəzifələrini tutub. O həmçinin 3 dəfə Ədalət və İnkişaf Partiyasından deputat seçilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/337226.html