"Hercai"də dəyişiklik

 19:54 27.11.2020     73

Məşhur "Hercai" serialında yenə də dəyişiklik olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, serialın ilk bölümlərində yer alan aktyor Oğuzcan Ulu yenidən qayıdıb. O, serialda əvvəlki kimi Nasuh Şadoğlu obrazının cavanlıq illərini canlandıracaq. Oğuzcanın qayıtması isə tamaşaçı istəyinə görə olub.

Serialın aktyorlarından olan Macit Sonkan Oğuzcan haqqında bunları deyib:

"Oğuzcan çox bacarıqlı aktyordur. Çəkiliş meydanında hamı ilə yaxşı yola gedir. Özü də mənim cavanlığıma çox bənzəyir. O, film sektorunda böyük işlər görəcək".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/seriallar/900617.html