Rusiya Qarabağa yardımları dəmir yolu ilə daşımaq istəyir

 20:05 27.11.2020     55

Rusiya Fövqəladə Hallar Nazirliyi Qarabağ əhalisinə dəmir yolu ilə humanitar yardımın çatdırılması məsələsini işləyir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyi dəmir yolu nəqliyyatından istifadə edərək əlavə humanitar yardımın çatdırılması üçün marşrutun optimallaşdırılması məsələsini nəzərdən keçirir. Bu, yüklərin çatdırılmasına sərf olunacaq vaxta qənaət edəcək, həm də infrastrukturun yenidən qurulması prosesini sürətləndirəcək”, - məlumatda qeyd olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/519046.html