"Hazırda ölümlə əlaqəli çox sayda xəstənin..."

 22:44 27.11.2020     58

Koronavirus sinir sisteminin hüceyrələrinə yoluxmağa qadirdir, lakin müşahidə olunan xəstələrin əksəriyyətində virus ilk növbədə tənəffüs orqanlarına ziyan vurur.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının dosenti Sergey Voznesenski danışıb.

"COVID-19-un sinir hüceyrələrinə təsirinin əhəmiyyətindən danışmaq hələ tezdir. Koronavirus fərqli hüceyrələrdə çoxala bilər. Bunlar tənəffüs sisteminin hüceyrələri, mədə-bağırsaq traktının və sinir hüceyrələrinin epiteliya hüceyrələridir. Odur ki, SARS-CoV-2 virusunun sinir sisteminin hüceyrələrində çoxalması nəzəri olaraq istisna edilə bilməz. Lakin bu simptomun əhəmiyyətli olub-olmaması barədə şübhələrim var", - ekspert bildirib.

O, koronavirusun infeksiya əlamətləri görünməzdən əvvəl də yoluxmuş insanın şüuruna mümkün təsiri barədə Amerika alimlərinin kəşfini şərh edib. İnfeksionist əlavə edib ki, COVID-19 hər şeydən əvvəl ağ ciyər hüceyrələrini zədələyir.

"Hazırda ölümlə əlaqəli çox sayda xəstənin sinir sisteminin hüceyrələrində xeyli miqdarda virus olduğunu söyləmək olmaz. Odur ki, fikrimcə, bu cür nəticələr haqqında fikir bildirmək bir qədər tezdir", - Voznesenski qeyd edib. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/900454.html