Nazirlər Kabinetindən avtomobillərlə bağlı QƏRAR

 23:31 27.11.2020     82

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin balansında olan ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə istifadə edilən nəqliyyat vasitələri üzrə yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək.

Publika.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

İndiyə qədər Fasiləsiz iş şəraitində işləyən müəssisələrin avtomobilləri, habelə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən səyyar formada təşkilində istifadə edilən xüsusi təyinatlı avtonəqliyyat vasitələri və avtobuslar üzrə yürüşün aylıq norması avtomobillərin qət etdiyi məsafəyə uyğun müəyyən edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neqliyyat/337243.html