Bakı-Sumqayıt qatarlarının hərəkəti nə vaxt bərpa olunur?

 23:39 27.11.2020     64

Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Axar.az-a bildirilib ki, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür. Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.

Dəqiq tarixlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/519092.html