Maduro Maradonadan ağızdolusu danışdı: Dəfələrlə dəstək verdi

 23:59 27.11.2020     61

Dieqo Maradona vaxtilə ölkəmizə qida dəstəyi daxil olmaqla, müxtəlif yardımlar göstərib.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Venesuela Prezidenti Nikolas Maduro çıxış edib.

Maradonanın həssas bir insan olduğunu deyən Maduro Venesuelada yaşanan problemləri həll etmək üçün bir neçə dəfə cəhd göstərdiyini vurğulayıb:

"Həmişəki kimi hərəkətdə və yanımızda idi. Venesuela xalqına qida yardımını təmin etmək üçün dəfələrlə bizi dəstəklədi. Hər zaman detallara diqqət yetirən, həssas, şəfqətli böyük Dieqo. Zülmə qarşı duran nəcib ruhlu bir insan idi".

Qeyd edək ki, dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona noyabrın 26-da 60 yaşında ürək tutmasından vəfat edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/519096.html