Günün qoroskopu: qüvvənizi mənasız işlərə sərf etməyin

 00:01 28.11.2020     93

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - çox uğurlu gündür. Başladığınız işlərin praktiki olaraq hamısını başa vura bilərsiniz. Peşəkar fəaliyyət sahəsində qeyri-standart və mürəkkəb problemlərin həlli ilə bağlı problemlər yaranmayacaq.

Buğa - eksperimentlər aparmaq, qarşınıza qoyduğunuz məqsədə doğru fərqli yollar aramaq olar. Məhz belə davranmağınızın səbəblərini yaxın ətrafınızdakı insanlara açıqlamaya da bilərsiniz.

Əkizlər - lider məziyyətlərinizi nümayiş etdirin. Yaxınlarınızla tərəfdaşların təşəbbüslərinə mane olmayın. Maliyyə məsələləri baxımından əlverişli zamandır. Alış-veriş etmək olar.

Xərçəng - baş verənlərə rəğmən sakit və təmkinli olun. Çətin olsa da, çalışın. Günün ortaları ən mürəkkəb zamandır. Emosiyaların əsirinə çevrilsəniz, işlər alt-üst olacaq. Aqressiv, davakar, qıcıqlı davranmayın.

Şir - işdə rəhbərliklə münaqişə istisna deyil. Günün ikinci yarısında planlaşdırılmamış alış-verişdən, bədxərclikdən uzaq olun. Ən xırda və kiçik məsələlərdə belə, sayıq davranın. Sonradan acı təəssüf hissi yaradacaq yanlışlıqlara yol verməyin.

Qız - asan və sadə gündür. Faydalı təmaslar qurmaq, yaxşı məsləhət verəcək və ya dəstək olacaq insanlarla tanış olmaq mümkündür. Yeni tanışların rəğbətini qazanmağa çalışın.

Tərəzi - gks cins mənsubunun diqqətini cəlb edəcəksiniz. Təcrübənizdən maraqlarınızın təminatı üçün yararlanmaq zamanıdır. Axşam saatlarında diqqətli olun.

Əqrəb - uğur vəd edən gündür. Diqqətli olun, yeni təmayülləri izləyin. Fikir və təşəbbüslərinizin yaxın ətrafınızdakı insanlar tərəfindən qəbulu üçün təsirlərə əl atmayın. Yaşamınızda yeni imkanlar paradoksal şəkildə yarana bilər.

Oxatan - qüvvənizi mənasız işlərə sərf etməyin. Ən vacib məsələ ilə məşğul olun. Daxili gərginlik sizi yora bilər. Günün ikinci yarısında işlərə yardımçı cəlb edin.

Oğlaq - layihənizi reallaşdırmağa başlayın. Avadanlıq, texnika və mexanizmlərlə çalışarkən diqqətli olun.

Dolça - dəqiq niyyətləriniz olmadan danışıqlar aparmayın. Planlar və ideyalar cazibədar təsir bağışlaya bilər. Lakin dəqiq hesab və ilkin hazırlıq olmalıdır.

Balıqlar - başladığınız işlərdə, tələb və niyyətlərinizdə ifrata varmayın. İşgüzar münasibətləriniz və yaxın təmaslarınızın olduğu insanlarla sərt davranmayın.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/898405.html