Netanyahu öldürülən iranlı alimi 2 il əvvəl...

 00:10 28.11.2020     86

İsrail baş naziri Benyamin Netanyahunun öldürülən iranlı alim Möhsün Fəxrizadə ilə bağlı 2 il öncə ictimaiyyətə xəbərdarlıq etdiyi məlum olub.

Axar.az xəbər verir ki, Netanyahu 2018-ci ildəki çıxışında Fəxrizadənin “Amad” adlı layihəyə başçılıq etdiyini bildirmiş və onun haqqında “Bu şəxsi əsla unutmayın!” cümləsini işlətmişdi.

Qeyd edək ki, M.Fəxrizadə ötən gün Tehran yaxınlığında sui-qəsd nəticəsində öldürülüb.

İran XİN rəhbəri Məhəmməd Cavad alimin ölümünə görə İsraili ittiham edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/519091.html