Bu gündən restoran, bərbərxana və gözəllik salonları İŞLƏMƏYƏCƏK

 00:36 28.11.2020     69

Bu gündən noyabrın 30-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

Qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə, həmçinin, restoran, bərbərxana və gözəllik salonlarında xidmət dayandırılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/337248.html