Günün ULDUZ FALI: Emosiyaların əsirinə çevrilsəniz, işlər alt-üst olacaq

 01:15 28.11.2020     63

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - çox uğurlu gündür. Başladığınız işlərin praktiki olaraq hamısını başa vura bilərsiniz. Peşəkar fəaliyyət sahəsində qeyri-standart və mürəkkəb problemlərin həlli ilə bağlı problemlər yaranmayacaq.

Buğa - eksperimentlər aparmaq, qarşınıza qoyduğunuz məqsədə doğru fərqli yollar aramaq olar. Məhz belə davranmağınızın səbəblərini yaxın ətrafınızdakı insanlara açıqlamaya da bilərsiniz.

Əkizlər - lider məziyyətlərinizi nümayiş etdirin. Yaxınlarınızla tərəfdaşların təşəbbüslərinə mane olmayın. Maliyyə məsələləri baxımından əlverişli zamandır. Alış-veriş etmək olar.

Xərçəng - baş verənlərə rəğmən sakit və təmkinli olun. Çətin olsa da, çalışın. Günün ortaları ən mürəkkəb zamandır. Emosiyaların əsirinə çevrilsəniz, işlər alt-üst olacaq. Aqressiv, davakar, qıcıqlı davranmayın.

Şir - işdə rəhbərliklə münaqişə istisna deyil. Günün ikinci yarısında planlaşdırılmamış alış-verişdən, bədxərclikdən uzaq olun. Ən xırda və kiçik məsələlərdə belə, sayıq davranın. Sonradan acı təəssüf hissi yaradacaq yanlışlıqlara yol verməyin.

Qız - asan və sadə gündür. Faydalı təmaslar qurmaq, yaxşı məsləhət verəcək və ya dəstək olacaq insanlarla tanış olmaq mümkündür. Yeni tanışların rəğbətini qazanmağa çalışın.

Tərəzi - gks cins mənsubunun diqqətini cəlb edəcəksiniz. Təcrübənizdən maraqlarınızın təminatı üçün yararlanmaq zamanıdır. Axşam saatlarında diqqətli olun.

Əqrəb - uğur vəd edən gündür. Diqqətli olun, yeni təmayülləri izləyin. Fikir və təşəbbüslərinizin yaxın ətrafınızdakı insanlar tərəfindən qəbulu üçün təsirlərə əl atmayın. Yaşamınızda yeni imkanlar paradoksal şəkildə yarana bilər.

Oxatan - qüvvənizi mənasız işlərə sərf etməyin. Ən vacib məsələ ilə məşğul olun. Daxili gərginlik sizi yora bilər. Günün ikinci yarısında işlərə yardımçı cəlb edin.

Oğlaq - layihənizi reallaşdırmağa başlayın. Avadanlıq, texnika və mexanizmlərlə çalışarkən diqqətli olun.

Dolça - dəqiq niyyətləriniz olmadan danışıqlar aparmayın. Planlar və ideyalar cazibədar təsir bağışlaya bilər. Lakin dəqiq hesab və ilkin hazırlıq olmalıdır.

Balıqlar - başladığınız işlərdə, tələb və niyyətlərinizdə ifrata varmayın. İşgüzar münasibətləriniz və yaxın təmaslarınızın olduğu insanlarla sərt davranmayın. / Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/qoroskop/337251.html