"Trabzonspor" Ankarada sevindi

Türkiyə Superliqasında 10-cu tura start verilib.
Axar.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
Turun açılış qarşılaşmasında “Trabzonspor” “Ankaragücü”nün qonağı olub. Görüsdə Trabzon təmsilçisi minimal hesabla rəqibinə qalib gəlib - 1:0.
Bu nəticədən sonra "Trabzonspor" komandası 12 xalla 12-ci, "Ankaragücü" 2 xalla sonuncu - 21-ci pillədə qərarlaşıb.
Turnir cədvəlinə 20 xalla "Alanyaspor" başçılıq edir. "Fənərbaxça" 20 xalla ikinci, "Qalatasaray" 17 xalla 3-cüdür.
Turun növbəti oyunları noyabrın 28, 29 və 30-da keçiriləcək.
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/519108.html