Hamı Bakının bu təklifini qəbul etməlidir - Çavuşoğlu

 01:48 28.11.2020     64

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış birgə Bəyanat bölgədə davamlı sülh üçün ümidverici bir addımdır.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 47-ci toplantısında deyib.

Onun sözlərinə görə, birgə Bəyanat BMT, ATƏT və İƏT-in qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqlədi.

“Hər kəsin Ermənistanın hücumları ilə bağlı Azərbaycanın təftiş təkliflərini qəbul etməsini istəyirəm”, - Çavuşoğlu bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/519111.html