Bərdə İH-dən bayrağımıza qarşı təhqir – Video

 01:52 28.11.2020     73

Bərdə Rayon İcra Hakimiyyətinin Azərbaycan və Türkiyə bayraqlarına qarşı təhqiramiz addım atdığı haqda məlumat yayılıb.

Axar.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Vətən müharibəsi zamanı ucaldılan qardaş ölkə bayraqlarının bir neçə gün öncə çıxarıldığını və bayraqlara yaraşmayan tərzdə qaraşın bir küncünə atıldığını bildiriblər.

Bayraqların əvvəlki görünüşü, həmçinin bayraq dirəklərinin kəsilməsi və hazırda bayraqların saxlandığı yerin foto və videosu da paylaşılıb.

Mövzunu diqqətdə saxlayacağıq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/519112.html