Bu ərazilərdən 400-dən çox erməninin cəsədi çıxarıldı

 02:00 28.11.2020     67

Şuşa, Xocavənd, Qırmızı Bazar, Suqovuşan, Hadrut və digər ərazilərdən 400-dən çox erməni hərbçisinin cəsədi çıxarılıb və ya dəyişdirilib.

Axar.az xəbər verir ki, bu barədə mövcud olmayan "dqr"in “ombudsman”ı kimi özünü təqdim etməyə cəhd göstərən Artak Beqlaryan Feysbuk hesabında yazıb.

"Səlahiyyətli qurumlar ölənlərin cəsədlərinin qaytarılması və itkin düşənlərin taleyini öyrənmək üçün mümkün olan hər şeyi etməyə borcludur", - Beqlaryan deyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/519113.html