Ukrayna generalları ordumuzun döyüş təcrübəsini öyrənir

 03:13 28.11.2020     53

Dağlıq Qarabağdakı müharibə döyüş əməliyyatlarının aparılmasının müasir formalarını nümayiş etdirdi. Ukrayna generalları nümunə kimi Dağlıq Qarabağdakı hadisələrin təcrübəsini öyrənir.

Publika.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Nazir deyib ki, Kiyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, bundan sonra da dəstəkləməkdə davam edəcək: “Ukraynanın Dağlıq Qarabağ məsələsindəki mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Bizim baxışlarımız bu məsələdə Ankaranın mövqeyi ilə olduqca dəqiq şəkildə üst-üstə düşür”.

Ukrayna XİN rəhbəri əlavə edib ki, Qarabağda baş verən hadisələr istənilən “dondurulmuş” münaqişənin əslində belə olmadığını sübut edir.

“Konfikt partlayış təhlükəlidir və istənilən məqamda eskalasiyaya gətirib çıxara bilər. Bu, planetin istənilən regionundakı böhranlara aiddir. Dağlıq Qarabağda baş vermiş son hadisələrdən çıxarılmalı olan başlıca dərs budur”,- Dmitri Kuleba bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/avropa/337255.html