Rusiyada daha 510 nəfər öldü

 14:54 28.11.2020     42

Rusiyada koronavirusa yoluxanların sayı 2,24 milyon nəfəri keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 27 100 nəfər virusa yoluxub, 510 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 242 633 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 39 068 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 739 470 nəfər virusdan sağalıb, 464 095 nəfərin müalicəsi isə davam edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/900770.html