Erməni əsgər valideyinləri yenə aksiya keçirir

 15:17 28.11.2020     43

Erməni hərbiçilərinin valideyinləri Ermənistan hökumətinin binası önündə aksiya keçirir.

Axar.az xəbər verir ki, valideynlər əsgərlərin müharibədən sonra Ermənistana keçirilməsini, onların məzuniyyət və müvafiq müalicə almağını tələb edirlər.

Aksiya iştirakçılarının sözlərinə görə, Ermənistandan Qarabağ bölgəsinə aparan yeganə Laçın yolu ilə bağlı vəziyyətin necə olacağı aydın deyil.

"Paşinyana söylədim ki, o, Ali Baş Komandan, Baş nazir kimi əsgərləri unudub. Mən əsgərlərin hansı şəraitdə yaşadıqlarını ona deyəndə, o, “bəs siz ikinəfərlik yataq istəyirdiniz?” cavabını verdi. Bu necə cavabdır? Baş nazir daha sonra buna görə üzr istədi, amma artıq gecdir”, - deyə valideyinlərdən biri bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/519217.html