Rusiyada minik maşını ilə yük qatarı toqquşdu: 4 ölü

 15:20 28.11.2020     42

Cümə günü Rusiyanın Krasnodar Diyarında 4 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ust-Labinsk bölgəsində baş verib.

Regional Əməliyyat xidmətinin məlumatına görə, dəmir yolu keçidində yük qatarı ilə "Lada Priora" markalı minik maşını toqquşub. 

Avtomobilin sürücüsü və üç sərnişin hadisə yerində dünyasını dəyişib. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış iki cəsədi yararsız hala düşmüş avtomobildən çıxarıb.

Qəzanın səbəbi araşdırılır. 

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/900775.html