Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək

 15:22 28.11.2020     40

Azərbaycan xurması Slovakiya və Çexiya bazarlarına ixrac ediləcək.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Xurma İstehsalçıları və İxracatçları Assosiyasının rəhbəri Qədir Yusifov deyib.

O bildirib ki, 2020-ci ilin ilk 10 ayı ərzində Azərbaycan 35 milyon dollar məbləğində təzə xurma ixrac edib.

Onun sözlərinə görə, hesabat dövründə ixrac həcmi 50 min tona bərabər olub və ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz azalıb:

"2020-ci ilin mayında Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinə ilk xurma partiyası ixrac edilib. May ayında ixracdan gəlir 100 min manata bərabər olub. Yaxın zamanlarda Slovakiya, Çexiya və bəzi Avropa ölkələrinə ixrac planlaşdırılır".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/900824.html