OPEC+ neft hasilatını daha iki-üç ay müddətinə azaltmaq niyyətindədir

 15:52 28.11.2020     53

OPEC+ ölkələri neft hasilatını daha iki-üç ay müddətinə azaltmaq niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti yazır.

Qeyd olunur ki, tərəflər arasında hələlik razılaşma əldə olunmayıb və son dövrlərdə neft qiymətlərinin artması iştirakçılar arasında mübahisələrə yol aça bilər.

OPEC+ ölkələrinin neft hasilatını azaltmaq barədə sazişi bu ilin may ayından başlayıb. Üç ay müddətində hasilat 9,7 milyon barel/sutka azaldılıb. Avqustan etibarən hasilat 7,7 milyon barel/sutka azaldılıb. Yanvar ayından aprelədək 5,8 milyon barel/sutka azaldılması nəzərdə tutulur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/900785.html