İran alimini bu ölkə öldürüb - ABŞ kəşfiyyatı

 15:59 28.11.2020     52

ABŞ kəşfiyyat xidmətləri təsdiqləyir ki, İran nüvə fiziki Möhsün Fəxrizadənin qətlinin arxasında İsrail dayanır.

Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb. Məqalədə əməliyyat barədə ABŞ-ın öncədən xəbəri olub-olmaması barədə məsələnin aydın olmadığı bildirilib:

“Bununla belə iki ölkə yaxın müttəfiqdirlər və çoxdan İrana münasibətdə kəşfiyyat məlumatları ilə bağlı mübadilə aparırlar”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/519202.html