Arutyunyan müavinsiz qalıb, özbaşınalıq hökm sürür

 17:04 28.11.2020     50

Ermənistan Müdafiə Nazirliyində özbaşınalıq hökm sürür.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

Məlumata görə, Paşinyanın yeni təyin etdiyi müdafiə naziri Vaqarşak Arutyunyan hələ də nazirliyin şəxsi heyətini toplayaraq, gələcək siyasət və çağırışlar barədə danışmayıb.

Nazir müavinləri vəzifələrinin də boş qaldığı bildirilib. Halbuki ştata görə, Ermənistan müdafiə nazirinin 4 müavini olmalıdır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/519211.html