İngiltərədən Messiyə daha bir təklif

 17:13 28.11.2020     59

İspaniyanın "Barselona" klubunun kapitanı Lionel Messi daha bir klubun maraq dairəsinə düşüb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İngiltərənin digər təmsilçisi "Çelsi" argentinalı superulduzu heyətinə qatmaq fikrinə düşüb.

"Zadəganlar" 33 yaşlı oyunçu uğrunda Premyer Liqanın digər klubu "Mançester Siti" ilə mübarizə aparmalı olacaq. "Çelsi" rəhbərliyi "Barselona" ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Leo ilə tezliklə danışıq aparmaq niyyətindədir.

Qeyd edək ki, Lionel Messi bu yay "Mançester Siti" ilə 5 illik müqaviləni razılaşdırsa da, müqaviləsindəki maddə səbəbindən daha bir il "Barselona"da qalmalı olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/900796.html