ABŞ-da edam üsullarının sayı artırılıb

 17:26 28.11.2020     39

ABŞ-ın Ədliyyə Nazirliyi ölkədə ölüm hökmünün icrası barədə qaydalara dəyişikliklər edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, dəyişikliklərə əsasən ölüm cəzasının icrası üsullarının sayı artırılıb.

Bundan sonra ölümcül inyeksiya ilə yanaşı, cinayətkarlar qaz kamerasında, elektrik stulunda, eləcə də güllələnmə yolu ilə edam ediləcək.

Dəyişikliklər dekabrın 24-dən qüvvəyə minəcək.

Qeyd edək ki, hazırda ABŞ-da ölümcül inyeksiya yolu ilə edam qüvvədə olsa da, əksər hallarda əczaçılıq şirkətləri hökumətə lazımi preparatları verməkdən imtina edir.

ABŞ-ın federal həbsxanalarında ölüm cəzasına məhkum edilənlərin sayı 60-a yaxındır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/900764.html