Tubadan eşq iddialarına cavab

 17:32 28.11.2020     52

Aktrisa Tuba Büyüküstün və Ekin Mert Daymazın yeni bir münasibətə başladığı iddia edilmişdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi məsələ ilə bağlı açıqlama verib.

"Bilirəm, mənə eşq yaraşdırırsınız. Adına da "münasibət" deyirsiniz. Mənim əvəzimə xoşbəxt olur, ya da xəyal qurursunuz. Amma mən bu ərəfələrdə özümlə bir münasibət yaşayıram. Özümlə bitməyən bir görüşdəyəm. Öz gözlərimin içinə baxıram. Öz əllərimi tuturam. Əvvəl öz ruhuma toxunmalı, eşqin özü olmalıyam" deyə, aktrisa söyləyib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/900763.html