"Fənərbaxça" şəhidimizdən yazdı

 17:40 28.11.2020     58

Türkiyənin “Fənərbaxça" klubu İkinci Qarabağ müharibəsində şəhid olan Niyamin Niftalızadəni yad edib.

Axar.az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi saytına onunla bağlı yazı yer alıb.

Yazıda bildirilib ki, Niyamin Niftalızadənin məzarı önünə klubun forması və əklil qoyulub. "Azərbaycan Ordusunda xidmət edərkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət diləyir, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk", - yazıda vurğulanıb.

Qeyd edək ki, daha əvvəl "Qalatasaray" klubu şəhid Fərid Dursunov və Murad Məmmədovla bağlı paylaşım edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/519224.html