Füzulidə minaya düşən sabiq məmur və ailəsi olub

 17:48 28.11.2020     80

Xəbər verdiyimiz kimi, bu gün saat 15:20-də Azərbaycan vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şakir Hacıyev sabiq məmur olub. O, Füzuli Rayon İcra Hakimiyyəti başçısının, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

Əslən Füzuli rayonundan olan sabiq şəhər icra nümayəndəsi 1955-ci ildə anadan olub. Ailəlidir, 4 qız övladı var. Hadisə nəticəsində həlak olanlardan Adilzadə Zibeydə Şakir Hacıyevin qızıdır. Digər həlak olan iki şəxs isə Şakir Hacıyevin bacısı və qardaşıdır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/900835.html