"Qarabağı azad edənlərin dırnağında boya yox, qan olub"

 17:52 28.11.2020     57

Qarabağı dırnağı boyasız kişilər azad edib. Bizim şəhidlərimizin dırnağında boya yox, palçıq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova deyib. Aktrisa metroseksual kişilərdən bəhs edib:

"Oğlanlarımız ona görə həmin torpaq uğrunda şəhid olmayıblar ki, onun üstündə dırnağı boyalılar gəzsin. Şəhidlərimiz, qazilərimiz, əsgərlərimiz bu torpaqları dırnaqlarından qan axa-axa alıblar.

Kişilərin dırnaqlarına boya çəkmələrinə etiraz edirəm. Bunu dediyim üçün də sosial şəbəkədə məni qınayırlar. Anlaya bilmirəm bunlar nəyi müdafiə edirlər? Yəqin onlar üçün kişilərin dırnağına boya çəkməsi xoşdur".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/culture/900801.html