Şəmkirdə ağır qəza: ölən və yaralanan var

 17:58 28.11.2020     55

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, rayonun Sarıtəpə kəndi ərazisində rayon sakini Ceyhun Ələkbərlinin idarə etdiyi "VAZ-21074" və Qazax rayon sakini N. Bayramovun idarə etdiyi "Chevrolet-Niva" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində C. Ələkbərli aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şəmkir Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/900804.html