PKK-dan ŞOK Qarabağ ETİRAFI: qadınlar erməni əsgərlərlə birlikdə...

 18:08 28.11.2020     53

PKK terror təşkilatının liderləri terrorçularının Dağlıq Qarabağda Ermənistan cəbhəsində Azərbaycana qarşı döyüşdüklərini etiraf edib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediasına təhlükəsizlik mənbələri informasiya ötürüb.

Məlumata əsasən, PKK/KCK-nin qadın qolunun idarəçilərindən olan Layiqə Gültəkin təşkilatın yayım orqanından məsələ barədə danışıb: “Qarabağ qədər gedib erməni əsgərlərlə birlikdə savaşırıq. Ermənistan xalqının istədiyi hər zaman yanında olarıq”.

Beləliklə, PKK terrorçularının Dağlıq Qarabağda imzalanan atəşkəs razılaşmasından əvvəl Ermənistan cəbhəsində döyüşməsi bir daha təsdiqini tapdı.

PKK Ermənistana dəstək verməklə Ermənistanın İraqın şimalında onlara dəstək təmin etməsini gözləyir.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/qarabag/337314.html