Kosta 6 ay oynamaya bilər

 18:24 28.11.2020     52

"Atletiko"nun futbolçusu Dieqo Kosta uzunmüddət yaşıl meydanlardan uzaq qala bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispan hücumçuda  dərin damar trombozu var. Bildirilib ki, 32 yaşlı oyunçu sentyabrda koronavirusa yoluxduqdan sonra bu xəstəlikdən əziyyət çəkir. Onun 6 aya qədər oynamaya biləcəyi vurğulanıb.

Qeyd edək ki, Kosta bu mövsüm 5 matçda 1 qol vurub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/900808.html