Bəzi ərazilərdə enerji təchizatında fasilələr yaranacaq - SƏBƏB

 14:39 10.12.2019     115

"İki həftə ərzində bəzi ərazilərdə enerji təchizatında növbəli olaraq qısa müddətli fasilələr yaranacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərişıq" ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev söyləyib. Onun sözlərinə görə, buna səbəb aparılan yenidən qurma işləridir:

"Aparılan yenidən qurma işləri ilə əlaqədar ölkənin bəzi regionlarında enerjinin verilməsində fasilələr yaranacaq. İşlərin bayram günlərində bütün mənzillərdə dayanıqlı və keyfiyyətli enerji təchizatı tam təmin olunması üçün Yeni ilə qədər bitməsi planlaşdırılıb".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/country/809271.html