Millinin sabiq futbolçusu 42 yaşında vəfat etdi

 14:24 30.11.2020     40

Seneqal milli komandasının sabiq futbolçusu Papa Buba Diop vəfat edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi uzun sürən xəstəlikdən sonra 42 yaşında dünyasını dəyişib.

Seneqal millisində 63 oyuna 11 qol vuran Diop Avropada Fransanın "Lans", İngiltərənin "Fulhem", "Vest Hem" və "Portsmut", Yunanıstanın AEK komandalarında çıxış edib.

O, DÇ-2002-nin açılış matçında dünya çempionu Fransa ilə qarşılaşmada qol vuraraq komandasına qələbə qazandırıb.

Diop 4 dəfə Afrika Millətlər Kubokunda iştirak edib və 2002-ci ildə gümüş medal qazanıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/901050.html