Turun sensasiyası: "Qəbələ"dən gözlənilməz qələbə

 18:22 30.11.2020     41

Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

Axar.az xəbər verir ki, "Sumqayıt" öz meydanında "Qəbələ" ilə qarşılaşıb. Görüşdə yeganə qolu qonaq komandanın yarımmüdafiəçi Rafael Utriq vurub.

Bu nəticədən sonra 11-ci xalını qazanan əyalət təmsilçisi 2 pillə irəliləyərək 6-cı sıraya yüksəlib. Ardıcıl 3-cü oyunda məğlubiyyətlə üzləşən "Sumqayıt" isə 15 xalla 4-cüdür.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/519684.html