ABŞ-da koronavirus üzrə antirekord - 200 mindən artıq təsdiqlənmiş yeni yoluxma faktı qeydə alınıb

 18:24 30.11.2020     56

Birləşmiş Ştatlarda COVID-19 koronavirusuna yoluxma halları rekord səviyyəyə çatıb - 200 mindən çox yoluxma faktı təsdiqlənib. Yaxın həftələrdə ölkənin iri şəhərlərində yerləşən xəstəxanaların pasiyentlə dolacağı gözlənilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-da 205.557 yeni yoluxma və 1403 yeni ölüm faktı qeydə alınıb. Ekspertlər xəbərdarlıq etmişdilər ki, Şükranlıq Günü ərəfəsində testləşdirilmənin aparıldığı yerlərdə iş günü qısa olacaq. Bu, yoluxma hallarının qeydiyyatının sayının az olmasına səbəb olub. Əslində, real rəqəmlər daha yuxarı ola bilərdi.

Cons Hopkins Universitetinin məlumatına görə, cümə günü ABŞ-ın bütün ərazisi üzrə 89.834 nəfər xəstəxanaya yerləşdirilib.

Xəstəxanalar yeni dalğaya hazırlaşır, belə ki, ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi İdarəsi Şükranlıq Günündən əvvəlki həftə ərzində 5 milyondan yuxarı səyahətçini qeydiyyatdan keçirib. Bu isə o deməkdir ki, milyonlarla insan hava limanlarında və təyyarələrdə bir-birinə yaxın olublar. Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzlərinin məlumatına görə, səyahət virus daşıyıcısı ilə təmasdan sonra 14 gün ərzində yayıla bilən COVID-19-a yoluxma ehtimalını artırır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/901168.html