Azərbaycan şahinləri səmada şəhidi belə andı - VİDEO

 18:50 30.11.2020     57

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin uçuşu zamanı qeydə alınmış maraqlı görüntülər yayılıb.

Publika.az xəbər verir ki, hərbi pilotumuz səmada olarkən Xüsusi Təyinatlı Qüvvələrin üzvü, şəhid leytenant Dünyamalıyev Ceyhun Zeynal oğlunun şərəfinə onun adı yazılmış vərəğı qaldırıb.

Qeyd edək ki, şəhid Ceyhun Dünyamalıyev Naxçıvan xüsusi təyinatlılarının üzvü olub və Naxçıvanda dəfn edilib.

Allah bütün şəhidlərimizə və düşmən təxribarları səbəbindən həyatını itirmiş mülki insanlara rəhmət eləsin!


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/qarabag/337519.html