COVID-19: Fransada son sutkada 198 ölüm faktı qeydə alınıb

 18:54 30.11.2020     66

Fransada son sutkada COVID-19 infeksiyasından xəstəxanalarda 198 ölüm faktı qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib.

Bildirilib ki, ölkədə epidemiya başlayandan koronavirusdan ölənlərin ümumi sayı 52 325-ə çatıb. Xəstəxanalarda 28 284 koronavirus xəstəsi müalicə alır. Reanimasiya şöbələrində 3 744 ağır vəziyyətdə xəstə var, onlardan 102-si son 24 saatda daxil olub.

Ölkədə son gün ərzində 10 min yeni yoluxma qeydə alınıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/901195.html