"Arsenal"dan antirekord

 19:04 30.11.2020     52

"Arsenal" antirekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 10-cu turunda "Vulverhempton"a 1:2 hesabı ilə uduzan London təmsilçisinin ölkə çempionatında ilk 10 matçda topladığı xalı 13 olaraq qalıb. Bu, klubun 1981/82-ci mövsümündən bəri ən pis rekordudur. Həmin vaxt "Arsenal" 10 turdan sonra 12 xal toplamışdı.

Qeyd edək ki, Mikel Artetanın baş məşqçisi olduğu komanda hazırda turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Milli.Az

 
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/901203.html