Setyen "Barselona"nı məhkəməyə verdi

 19:14 30.11.2020     66

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen Kataloniya təmsilçisini məhkəməyə verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispan mütəxəxəssis müqaviləsinin vaxtından əvvəl ləğvi üçün ona təzminat verilməməsindən narazıdır. Setyen  işdən çıxarıldıqdan sonra La Liqa təmsilçisinin öhdəliklərini yerinə yetirmədiyini və müqavilənin ləğvi üçün ona razılaşdırılmış təzminatı ödəmədiyini düşünür.

Qeyd edək ki, Setyen avqustda "Barselona"dan ayrılıb, lakin sentyabrın 17-ə qədər rəsmi olaraq vəzifəsindən alınmayıb. Onu Ronald Kuman əvəzləyib.

Milli.Az

 
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/901132.html